Gəncədə kişi arvadına bıçaq və çəkiclə xəsarətlər yetirib
2021-04-25 12:10
Gəncədə yerli sakin, 1969-cu il təvəllüdlü Aygün Qəhrəmanova başından bıçaq və çəkiclə aldığı kəsilmiş-deşilmiş yara xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Araşdırma zamanı müəyyən edilib ki, qadına həyat yoldaşı, 1970-ci il təvəllüdlü Xurşid Qəhrəmanov xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev