Gəncədə keçmiş məhkumdan narkotik vasitə götürülüb
Gəncədə polis əvvəllər məhkum olunmuş Rafael Zeynalovu 20 kiloqram 755 qram heroinlə saxlayıb. Müəyyən edilib ki, Zeynalov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilib, Gəncədə gizlədilən narkotiki İran vətəndaşları ilə sosial şəbəkədə əlaqə yaradaraq əldə edib. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova