Canlı
Gəncədə keçmiş məhkumdan 1 kq-dan artıq tiryək götürülüb

2018-03-08 / 16:03

Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Süleymanov saxlayıblar. Ondan 5,41 qram heroin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə A.Süleymanovun yaşadığı evdən isə nömrəsi silinmiş qaz tapançası və 1 kiloqram 35 qram tiryək aşkar edilərək götürülüb.

Vüsalə Camal