Gəncədə karantini pozan 121 şəxs barəsində protokol tərtib edilib
2020-12-11 14:04
Gəncədə “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən həyata keçirilən reydlər davam edir. Şəhər Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən növbəti reyd zamanı idarələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, həmçinin binaların mütəmadi dezinfeksiya edilib edilməməsi yoxlanılır. Reydlər zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyən 121 nəfər barəsində protokol tərtib edilib, 11 nəfərə isə şifahi xəbərdarlıq olunub.
Vüsalə Camal