Gəncədə küçə, prospekt və yollar dezinfeksiya edilir
2020-11-17 16:07
Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunub. Şəhərin əsas küçə, prospekt və yolları su çiləyici avtomobillərin köməyi ilə xüsusi dezinfeksiyaedici məhlullarla yuyulub. Tibbi-profilaktiki tədbirlər qəsəbə və yaşayış massivlərində, park və meydanlarda, məhəllələrdə, çoxmənzilli binalar və digər ərazilərdə də aparılıb
Vüsalə Camal