Gəncədə körpə qızdırmadan ölüb
Gəncədə Daşkəsən rayon sakini 2024-cü il təvəllüdlü qız uşağı xəstəxanada vəfat edib. TƏBİB azyaşlının ölümünün ilkin səbəbini açıqlayıb.Serebral iflic diaqnozu olan uşaq iyunun 30-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Uşaq Xəstəxanasına ağır vəziyyətdə yerləşdirilib.Həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, uşaq iyulun 1-i gecə saatlarında törədicisi müəyyən olunmamış pnevmoniya və ağciyər-ürək çatışmazlığı nəticəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır.
02 iyul 2026

