Gəncədə körpünün altına dolan su çəkilib, hərəkət təmin edilib
Qeyri-sabit hava şəraiti Gəncənin Yeni Gəncə qəsəbəsində və Göygöl rayonunun Aşıqlı kəndində fərdi yaşayış evlərinə ziyan vurub. Zirzəmilər və həyətyanı sahələr subasmaya məruz qalıb. FHN tərəfindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib. Eləcə də Bakı-Gəncə magistralında Nizami məqbərəsi yaxınlığındakı körpünün altına dolmuş yağış suyu xüsusi nasoslarla çəkilib, hərəkət bərpa olunub.
Fərid Mehdiyev