Gəncədə ixtisaslı səhiyyə işçilərinə ehtiyac var
2020-06-11 14:00
Gəncə şəhər Psixatriya Xəstəxanası müasir tibbi avadanlıqlarla təchiz olunsa da, onların tətbiqi üçün ixtisaslı kadrlara ehtiyac var. Ombudsman Aparatının məlumatina görə, əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə zamanı saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, görüş yerlərinə, yeməkxana, ərzaq anbarına və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, çatışmazlıqlar müəyyənləşdirilib.
Nərgiz Camal