Gəncədə İstirahət məkanları dezinfeksiya edilir
2020-03-27 16:03
Kəpəz Rayon İcra Hakimiyyəti və Kəpəz Bələdiyyəsinin birgə təşəbbüsü ilə Gəncə şəhərində istirahət məkanları, əhali tərəfindən ümumişlək olan ərazilər dezinfeksiya edilir. Virusun yayılmaması məqsədilə görülən qabaqlayıcı tədbirlər Park-Bulvar Kompleksində də reallaşıb. Dezinfeksiya işləri bundan əvvəl Heydər Əliyev Prospekti, Məhəmməd Füzuli və Fikrət Əmirov parklarında aparılıb.
Vüsalə Camal