Gəncədə istehlaka yararsız heyvan ətinin satışının qarşısı alınıb
2021-11-30 14:08
Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları Gəncə şəhəri, Z. Əliyeva küçəsində yerləşən “Təzə Bazar”da fəaliyyət göstərən, fiziki şəxslər Mehdiyev Ramin Hüseyn oğlu və Məmmədova Ziyatel Qəhrəman qızına məxsus ət və ət məhsullarının satışı sahəsinə baxış keçiriblər. Baytarlıq sanitariya ekspertizasından keçməmiş ümumi çəkisi 208 kq mənşəyi məlum olmayan ət aşkarlanıb. Məhsullar müsadirə edilərək saxlanca qoyulub. Müayinələr nəticəsində ətin köhnə və ölmüş heyvan əti olduğu müəyyən olunub. Müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub və qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilib.
Nərgiz camal