Gəncədə iki yol qəzası olub, 7 nəfər xəsarət alıb
Gəncənin Təzə Bazar adlanan ərazisində “Ford” markalı avtomobil 4 nəfəri vurub. 1953-cü il təvəllüdlü Sarıtel Əmralı qızı Məmmədova, 1984-cü il təvəllüdlü Xatirə Vəliəddin qızı Qurbanova, 1987-ci il təvəllüdlü Gülmirə Vəliəddin qızı Ələkbərova və 1997-ci il təvəllüdlü Aytac Abdullayeva Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına yerləşdiriliblər. Nizami prospektindəiki avtomobilin toqquşması nəticəsində xəsarət alan Yevlax sakinləri Gülüstan Şahbaz qızı Nəsibova, Kamil Musayev və Mingəçevir sakini Ağgül Əşrəf qızı Verdiyeva da xəstəxanadadır.