Gəncədə iki qardaş bıçaqlanıb
2020-09-10 10:05
Gəncədə bıçaqlanma hadisəsi baş verib. "Dəmir yolunun altı" adlanan ərazidə 30 yaşlı Xəyal Niftəlizadə qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat olunub. Onun qardaşı 32 yaşlı Turan Niftəlizadə isə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. Hər iki şəxsin vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Fərid Mehdiyev