Gəncədə ictimai iaşə obyektlərinin iş rejimi polisin nəzarətindədir
2020-03-20 12:03
Gəncədə polis Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı ilə əlaqədar olaraq restoran və kafelərdə iş rejimini yoxlayır. Şəhərin mərkəzi küçələrində, xüsusən, insanların daha çox müraciət etdiyi iaşə obyektlərinin yaxınlığında xidməti gücləndirən Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları müşahidələr zamanı həm sakinlərin, həm də sahibkarların qoyulan tələbə ciddi şəkildə riayət etdiyi müəyyən edib.
Fərid Mehdiyev