Gəncədə "Həmrəyliyin rəngləri" adlı sərgi açılıb
Mədəniyyət Nazirliyinin regionlarda həyata keçirilən səyyar sərgilər layihəsi çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində "Həmrəyliyin rəngləri" adlı sərgi açılıb. Sərginin ekspozisiyası iki əsas istiqaməti əhatə edir. Fotoqrafiya üzrə rəngkarlıq bölməsində rəssamların birlik və həmrəyliyi əks etdirən əsərlər və nümayiş olunan fotolarda azərbaycançılıq ideyasının əsasını təşkil edən birlik, həmrəylik, xalqımızın multikultural və tolerant dəyərləri, həmçinin torpağa bağlılıq və milli qürur hissləri tərənnüm olunur.

