Gəncədə gənc oğlanı ildırım vurub, vəziyyəti ağırdır
Tovuzun Ağdam kəndində 14 yaşlı Səbuhi Abdullazadəni, Şəmkirin Zəyəm qəsəbəsində Diləfrüz Qurbanovanı, Yeni Həyat kəndində 61 yaşlı Z.Musayevi ildırım vuraraq öldürüb.
Gəncənin Həsən Əliyev küçəsində isə ildırım vuran 24 yaşlı Orxan Quliyev xəstəxanaya yerləşdirilib.
Zaqatalanın Yuxarı Tala kəndində Maarif Aslanova məxsus 6 otaqlı evi ildırım vurması nəticəsində güclü yanğın başlayıb.
Yevlaxda isə 4 otaqlı ev yanıb. FHN əməkdaşları hər iki yerdə alovu söndürüblər.
Vüsalə Cənnətova