Canlı
Gəncədə gəlinin dayısı qaynatasını yandırdı

2018-06-13 / 16:17

Gəncə sakinin yanıq xəsarəti ilə xəstəxanaya çatdırılıb. 64 yaşlı Fikrət Əmiraslanov əl və ayaq nahiyələrinin yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Əmiraslanovun dediyinə görə, o işlədiyi dükanda olan zaman gəlinin dayısı onun üzərinə benzin tökərək od vurub. Faktla bağlı araşdırma aparılır.

Fərid Mehdiyev