Gəncədə gücləndirilmiş dezinfeksiya işləri aparılıb
2020-10-24 11:04
Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Gəncədə gücləndirilmiş dezinfeksiya işləri aparılıb. Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin xüsusi avtomobilləri tərəfindən əsas küçə və prospektlər xüsusi məhlullarla yuyulub. Eləcə də 40-a yaxın canlı qüvvə tərəfindən nəqliyyat vasitələri, piyadaların hərəkət zolaqları və keçidləri, dayanacaqlar və skamyalar, çoxmənzilli binaların qarşısı və bloklar çiləyici aparatlarla dezinfeksiya edilib.
Nərgiz Camal