Gəncədə güclü külək fəsadlar yaradıb
Ölkədə qeyri-sabit hava şəraiti Gəncədə ötən gün güclü küləklə müşahidə olunub. Bu səbəbdən şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Şəhərin 4-cü mikrorayon ərazisində küləyin elektrik təsərrüfatına vurduğu ziyan aradan qaldırılıb və elektrik enerjisinin verilişi bərpa edilib. Ruzigar Qasımov küçəsində ağac evin üstünə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Evin dam örtüyünə müəyyən ziyan dəyib.
Nərgiz Camalzadə