Gəncədə festival keçiriləcək
Oktyabrın 8-də Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı ilə ilk dəfə voleybol festivalı keçiriləcək. Tədbirdə peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri, dostluq oyunu və 10–14 yaşlı uşaqlar arasında minivoleybol turniri təşkil olunacaq. Festivalda həmçinin “Gəncə” klubunun yeni mövsüm heyəti təqdim ediləcək, fləş-mob və konsert proqramı keçiriləcək.
07 oktyabr 2026

