Gəncədə fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb
2021-06-09 18:10
Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları Gəncənin Nizami küçəsi, ev 70 ünvanında fiziki şəxs Məmmədova Fidan Çingiz qızına məxsus “Nostalji” restoranında yoxlama aparıblar. Mal qonşuluğu prinsipinin, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkarlanıb. Faktla əlaqədar sahibkar barəsində inizibati protokol tərtib edilib, müəssisənin qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrasına məcburi göstərişlər verilib.
Fərid Mehdiyev