Gəncədə evdən 6 min manatlıq oğurluq olub
2020-11-06 14:04
Gəncə polisinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb. Oktyabrın 22-də şəhərdəki evlərin birindən 500 manat pul və 5900 manat dəyərində qızıl-zinət əşyaları götürməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kazımov saxlanılıb.
Fərid Mehdiyev