Canlı
Gəncədə evdən 115 min manatdan çox pul oğurlanıb

2018-08-07 / 16:03

Gəncə şəhərində evdən külli miqdarda pul və qızıl oğurlayan şəxslər ifşa olunublar. Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin yanvar ayında Gəncə şəhəri ərazisindəki evlərin birindən 115 min 700 manat pul və 30 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Əflaki saxlanılıb. Daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Ruhəngiz Hacızadə