Gəncədə evdə yanğın olub
Gəncədə ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 m² sahədə əriyib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
Nərgiz Camalzadə