Gəncədə ermənilərin dağıtdığı 3200-ə yaxın tikili bərpa olunub
2021-11-01 12:00
Gəncədə Vətən müharibəsi zamanı ermənilərin raket zərbələri nəticəsində 3800-dən çox yaşayış və qeyri-yaşayış obyekti dağılıb və ya qismən ziyan görüb. Hazırda 3200-ə yaxın tikili təmir-bərpa olunub, 12 yaşayış evi yenidən tikilib. 500-dən çox tikili üzrə isə təmir-bərpa işləri davam edir. 22 ev tikilir, 1 bağçanın inşasına başlanılacaq.
Vüsalə camal