2021-04-17 10:05
Türkiyə Fotoqrafçılar Dərnəyi “İlin mətbuat fotoları-2021” mükafatlarının sahiblərini elan edib. 5 min 188 fotonun təqdim olunduğu fotomüsabiqədə, Azərbaycandan 4 foto və 1 fotosessiya olmaqla beş əsər mükafat qazanıb. “İlin mətbuat fotosu” mükafatını Türkiyənin "Sabah" qəzetinin fotomüxbiri Uğur Yıldırımın Ermənistan tərəfindən Gəncəyə raket atılan zaman bir qadının doğmalarının ölüm xəbərini alması anı çəkdiyi foto qazanıb. O, həmçinin 44 günlük Vətən müharibəsi zamanı çəkdiyi şəkillərdən ibarət fotosessiya ilə “İlin fotoreportajı”, Şuşanın düşmən işğalından azad olunması münasibətilə Azərbaycan xalqının sevincini əks etdirən əsərlərlə isə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin xaricdəki türklərlə bağlı mükafatlarına yeyələnib.
Vüsalə Camal