Gəncədə erməni terrorunun şahidi olan uşaqlara psixoloji dəstək göstərilib
2020-11-01 14:05
Ombudsmanın təşəbbüsü ilə cəbhə bölgəsində yaşayanlar, eləcə də erməni təxribatlarının canlı şahidinə çevrilən mülki əhaliyə psixoloji dəstək davam edir. Gəncədə də psixoloq və psixiatrlar tərəfindən travma, stress, panik atak və digər pozuntular keçirən uşaqlara lazımi psixoloji xidmətlər keçirilib. Mütəxəssislər 1 ay sonra yenidən Gəncəyə gələcəklər.
Vüsalə Camal