Gəncədə erməni terrorundan zərər çəkənlərə maddi yardım ediləcək
2020-10-21 13:03
Gəncədə terror hadisələri zamanı zərər çəkən ailələrə yardım göstəriləcək. Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, valideynlərini itirən uşaqların hər birinə YAP tərəfindən gələn aydan etibarən 300 manat müqabilində təqaüd təyin edilib. Bu, həmin uşaqlar böyüyənə qədər davam edəcək. "Düşmənin niyyəti azərbaycanlıları qorxutmaq, vahimələndirmək idi, lakin onlar buna nail olmadılar. Gəncəlilərin timsalında Azərbaycan xalqının nə qədər qəhrəman xalq olduğu aydın oldu. Azərbaycanın zəfər yürüşünün qarşısını alacaq ikinci bir qüvvə yoxdur” - deyə Əli Əhmədov bildirib.
Nərgiz Camal