Gəncədə erməni terroru nəticəsində dağılan evlərin bərpası davam etdirilir
2021-04-23 12:00
Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 1000-dən artıq fərdi yaşayış evi qismən zədələnib və ya tamamilə dağıdılıb. Dəymiş ziyanın aradan qaldırılması üçün işlər davam edir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birlikdə təmir-tikinti prosesinin getdiyi ərazilərə baş çəkib. Qismən ziyan dəymiş 253 evin təmiri başa çatıb, 893 evdə isə iş davam edir. 24 qəzalı evdən 10-nun tikintisi həyata keçirilir, 14 evin isə fərdi layihəsi hazırlanır.
Vüsalə Camal