Gəncədə erməni təxribatı nəticəsində yaralananlar arasında erməni qadın da var
2020-10-04 17:08
Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində yaralananlardan biri ermənidir. Trend-in məlumatına görə, 77 yaşlı şəhər sakini, erməni əsilli Karina Qriqoryan xəstəxanaya yerləşdirilib. Qadın hazırda travmatologiya şöbəsindədir və vəziyyəti tam nəzarət altındandır.
Fərid Mehdiyev