Gəncədə Ekoloji Park Kompleksi yaradılacaq
2021-10-26 18:05
Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti Gəncə şəhəri, Əli Məmmədov küçəsində yeni Ekoloji Park Kompleksinin yaradılması və onun ətrafında abadlıq işlərinin görülməsi üçün təkliflər sorğusu elan edib. Sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 11-i, saat 15-ə qədər qurumun inzibati binasına təqdim edə bilərlər.
Vüsalə camal