Gəncədə ehtiyacı olan ailələrə sovqat paylanılıb
2020-04-15 14:00
Gəncə Dövlət Universiteti millət vəkili Pərvin Kərimzadə ilə birgə həmrəylik nümayiş etdirməklə ehtiyacı olan ailələr üçün sovqat veriblər. Ahıl və kimsəsiz insanlara yardım paylanılıb. Bu kateqoriyadan olanlar gündəlik ərzaq məhsulları ilə yanaşı tibbi ləvazimatlar da təmin ediliblər. Şəhərin fərqli ünvanlarında yerləşən 40-a yaxın ailəyə sovqat paylanılıb.
Nərgiz Camal