Gəncədə "Ecovelofest" keçirilib
Gəncə şəhərində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Ecovelofest" keçirilib. Regionların qadın təhsil işçiləri arasında həmrəyliyin təmini, sağlam həyat tərzinin təbliği məqsədi ilə keçirilən "Ecovelofest"də 200-dək qadın təhsil işçisi iştirak edib. Heydər Əliyev Park-Kompleksi ərazisindən başlayan veloyürüşdə iştirakçılar 3 km məsafəni qət etməli olublar. Tədbir qaliblərin mükafatlandırılması ilə yekunlaşıb.
Vüsalə Cənnətova