Gəncədə dezinfeksiya işləri aparılır
2020-05-06 16:00
Gəncədə koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə şəhərin küçə və prospektlərində dezinfeksiya işləri davam edir. Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi texnikaları və canlı işçi qüvvəsi tərəfindən səkilər, dayanacaqlar, yeraltı keçidlər xüsusi məhlulla yuyulub.
Vüsalə Camal