Gəncədə daha bir neçə qanunsuz tikintinin qarşısı alınıb
Gəncədə qanunsuz tikintilərə qarşı nəzarət tədbirləri davam etdirilir.Növbəti monitorinq zamanı Cavadxan və Məhsəti qəsəbələrində, eləcə də Ə.N.Gəncəvi küçəsində müvafiq icazə sənədləri olmadan aparılan tikinti işləri aşkarlanıb. Faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.Şəhər ərazisində qanunsuz tikintilərin qarşısının alınması məqsədilə monitorinqlər mütəmadi davam etdiriləcək.
11 noyabr 2026

