Gəncədə daha 50-yə yaxın ailəyə ərzaq paylanılıb
2020-04-21 18:03
Koronavirus pandemiyası ilə bağlı təşkil edilən “Biz Birlikdə Güclüyük” aksiyası çərçivəsində Gəncədə daha 50-yə yaxın ailəyə ərzaq yardımı edilib. Gəncə şəhər İcra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə sovqatlar şəhərin müxtəlif ərazilərində yaşayan aztəminatlı ailələrə paylanılıb. Yardım alan ailələr bu çətin vəziyyətdə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Fərid Mehdiyev