Gəncədə dəm qazından zəhərlənənlərin son durumu açıqlanıb
Gəncədə dəm qazından zəhərlənən bir ailənin 5 üzvünün son durumu açıqlanıb. TƏBİB-dən bildirilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Hadisə dünən Heydər Əliyev prospektində yerləşən binalardan birinin mənzilində baş vermişdi.
Nərgiz Camalzadə