Gəncədə Dövlət Bayrağı Günü qeyd edilib
2021-11-09 14:07
Gəncədə Bayraq Günü təntənə ilə qeyd olunub. Bayraq Meydanında təşkil edilən tədbirdə şəhər rəhbərliyi, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. "Vətən müharibəsi Gəncə şəhidləri" və "Zəfər səlnaməsi" adlı kitabların təqdimatı da baş tutub. "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı təqdim edilib.
Nərgiz camal