Gəncədə cibgirlik və oğurluq edənlər saxlanılıblar
2021-11-10 12:07
Gəncədə şəhərdaxili avtobuslarda cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş Sahib Hüseynov tutulub. Keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində binalardan su mühərriklərini oğurlamaqda şübhəli bilinən Elmir İsmayılov da saxlanılıb. Onun 5 vətəndaşa məxsus ümumi dəyəri 590 manat olan su mühərriki oğurlaması məlum olub. 500 manat dəyərində elektrik qurğularını oğurlayan Gəncə sakini, əvvəllər məhkum olunmuş Atəş Paşayev də yaxalanıb. Bundan başqa, velosiped və mobil telefon oğurlamaqla vətəndaşlara ümumilikdə 450 manat maddi ziyan vuran Asim Quliyev saxlanılıb.
Vüsalə camal