Canlı
Gəncədə cüdo üzrə Yaponiya Səfiri Kuboku keçirilib

2018-02-08 / 16:12

Gəncədə cüdo üzrə Yaponiya Səfiri Kuboku keçirilib. Ənənəvi xarakter daşıyan yarış 3-cü dəfə təşkil olunub. Qızlarda 2, oğlanlar arasında isə 4 çəkidə güclülərin müəyyənləşdiyi kubokda 9-16 yaş arası uşaq və yeniyetmələr tatami üzərinə çıxıb. Yarışın final mərhələsində 18 cüdoçu qüvvəsini sınayıb. Yekunda ilk 3-lüyə düşənlər medal, qaliblər isə həm də kubokla təltif olunub.

Fərid Mehdiyev