Canlı
Gəncədə bir neçə oğurluq faktının üstü açılıb

2018-01-11 / 14:04

Gəncə şəhər Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq faktlarının üstü açılıb. Ötən il noyabrın 7-dən bu il yanvarın 2-dək Gəncə şəhəri ərazisində 1 qadının pul kisəsini, idman zalından məişət əşyaları, 5 avtomobildən akkumulyator, habelə 9 həyətyanı sahədən 20 metr elektrik naqili, inşaat materialları və 17 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini Tural Tahirov tutulub.

Vüsalə Camal