Gəncədə bir ailənin dörd üzvü dəm qazında zəhərlənib
Gəncənin Heydər Əliyev prospektində yerləşən yaşayış binalarının birindəki mənzildə zəhərlənmə faktı qeydə alınıb. Belə ki, Qubanovlar ailəsinin 4 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətləri kafidir. Onların dəm qazından zəhərləndiyi bildirilir.
Nərgiz Camalzadə