Canlı
Gəncədə binanın zirzəmisində baş verən yanğın sakinləri təlaşlandırıb, 6 nəfər təxliyə olunub

2018-04-16 / 08:58

Gəncədə yanğın baş verib. Hadisə şəhərin Atatürk prospektində, 5 mərtəbəli binanın zirzəmisində olub. Ümumilikdə sahəsi 60 kvm olan iki blokun zirzəmisinə yığılan məişət tullantıları yanıb. Hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 4 avtomobili, 24 nəfər canlı qüvvəsi cəlb olunub. Binanın birinci mərtəbəsində yaşayan 6 sakin təxliyə edilib. Yanğın söndürülüb, alovun mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə yerinə hüquq mühafizə orqanları və Təcili Tibbi Yardım əməkdaşları cəlb olunub. Yanğının baş vermə səbəbləri araşdırılır.

Vəfa Şairova