Gəncədə bacısını öldürməkdə təqsirləndirilən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub. 1984-cü il təvəllüdlü Hüseyn Abbasov anasını öldürdüyü üçün 15 il azadlıqdan məhrum edilib və 7 ay əvvəl cəzası başa çatdığından azadlığa çıxıb. Qətlə yetirilən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirməkdə təqsirli bilinən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış. Məlumatlara görə, qətlə səbəb isə Hüseyn Abbasovun müğənni bacısından pul tələb etməsi olub. Səbinə Abbasova qardaşına pul verməkdən imtina edib. Bu səbəbdən Hüseyn Abbasov bacısını həyətə çağıraraq bıçaqla zərbələr vuraraq öldürüb. Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.