Gəncədə Baş konsul şəhər sakinlərinin başsağlığını qəbul edir
Gəncədə qardaş Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılır. Türkiyənin Baş konsulluğunun binasının qarşısında xatirə güşəsi yaradılıb, ürək sözlərini yazmaq istəyənlər üçün xatirə kitabı qoyulub. İctimaiyyət nümayəndələri, ziyalılar, şəhər sakinləri, rəsmi şəxslər Baş Konsul Recep Öztopa başsağlığı verirlər. Eyni zamanda, zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə konsulluqda müvafiq xidmətlər göstərilir.
Vüsalə Cənnətova