Gəncədə bıçaqlanma olub
2020-05-05 10:03
Gəncənin Mahrasa bağı adlanan yaşayış massivində qanlı olay yaşanıb. Şəhər sakini, 38 yaşlı Babək Tağıyev bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti kafidir. Fakt araşdırılır.
Fərid Mehdiyev