Gəncədə azyaşlılara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib

2019-05-15/ 14:05

Gəncədə Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçiriliblər. Reyd zamanı 6 mağaza aşkar edilib. Həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib və xəbərdarlıq edilib.

Vəfa Şairova