Gəncədə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin yubileyi qeyd edilib
2020-01-31 16:02
Gəncədə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin 70 illik yubileyi qeyd edilib. Fuad Əliyev həyatını Azərbaycanda kimya sahəsinin inkişafına həsr edib, elmi fəaliyyətlə yanaşı, şəhərin ictimai-siyasi həyatında fəallıq nümayiş etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademiyanın Rəyasət Heyətində təmsil olunan Əməkdar elm xadimi “Tərəqqi” medalı və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vüsalə Camal