Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb
2021-04-07 12:04
Gəncədə müxtəlif vaxtlarda şəhər ərazisində avtoxuliqanlıq edən sürücü - şəhər sakini Zakir Mayilov saxlanılıb. “VAZ” markalı avtomobillə yollarda intizamsızlıq edən şəxs barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 500 manat cərimə edilib. Digər bir “VAZ” markalı avtomobil sahibinin qanunsuz olaraq nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi də aşkarlanıb. Həmin sürücü inzibati məsuliyyətə cəlb olunub.
Nərgiz camal