Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb
2021-11-13 10:12
Samux sakini Mirzə Rzayev qohumuna məxsus “VAZ 2106” markalı avtomobillə Gəncədə 8 noyabr Zəfər Günündə avtoxuliqanlıq edərək, həmin hərəkətləri sosial şəbəkələrdə paylaşıb. Yol polisi ictimai-asayişi nümayişkəranə şəkildə pozan və vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb. Məhkəmənin qərarı ilə M. Rzayev sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 30 sutka inzibati qaydada həbs edilib.
Fərid Mehdiyev