Canlı
Gəncədə avtomobil qaçıran şəxslər saxlanılıblar

2018-04-16 / 14:08

Gəncədə avtomobil qaçıran şəxslər tutulublar. “102 Zəng Mərkəzi”nə müraciət edən şəhər sakini “VAZ-2106” markalı avtomobilinin gecə saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib. Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil Gülüstan qəsəbəsinin ərazisində tapılıb. Onu qaçırmaqda şübhəli bilinən Sərxan Mahmudov və əvvəllər məhkum olunmuş Tural Rüstəmovla Məcid Sultanov saxlanılıblar.

Ruhəngiz Hacızadə